Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 23 dekabr 2011-ci il tarixli, 1927 nömrəli Sərəncamının icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, ali, orta ixtisas, ilk-peşə ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər və görülmüş işlər barədə 25 noyabr 2012-ci il tarixinədək Nazirliyə məlumat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və tədbirlər planı ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 aprel 2012-ci il
№668
Əlavə
