Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. Fənn olimpiadalarının yekun turu 17-18 mart 2012-ci il tarixdə Bakı şəhərində keçirilsin.
2. Olimpiadaların yekun turunun iştirakçıları 17 mart 2012-ci il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə Nazirlik nəzdindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında – F.Yusifov küçəsi 39, tel: 567-22-17
- riyaziyyat, fizika və informatika fənləri üzrə Nazirlik nəzdindəki fizika-riyaziyyat və informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə, tel: 510-76-28
- kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə - 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53, tel: 323-78-42
- kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə - 8-ci kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi 53, tel: 323-78-42
3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə BDU-da 18 mart 2012-ci il tarixdə keçirilsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 10 gün müddətinə təsdiqə təqdim etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Təhsil Nazirliyinin 07.11.2002-ci il tarixli, 1041 nömrəli əmri ilə təsdiq edilmiş «Məktəblilərin fənn olimpiadaları haqqında Qaydalar».
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
14 fevral 2012-ci il
№210
