Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələrin ХVII Respublika fənn olimpiadasının keçirilməsi haqqında qərar

Azərbaycan Respublikası
Təhsil Nazirliyi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

QƏRAR

№162

Bakı şəhəri

“06” fevral 2012-ci il
 
Respublika ali təhsil müəssisələrində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti
 
QƏRARA ALIR:
 
1. Tələbələrin XVII Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə) 2012-ci ilin fevral-aprel aylarında keçirilsin.  
2. Olimpiadanın I turu 2012-ci il fevral-mart aylarında ali təhsil müəssi­sə­lə­rində,    II yekun turu isə cari ilin aprel ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilsin.
3. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə 1) yaradılsın.
4. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:
4.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;
- Olimpiada qalibləri üçün hədiyyələrin və medalların alınmasını.
4.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:
1-ci yer (12 nəfər) üçün 300 manat
2-ci yer (24 nəfər) üçün 150 manat
3-cü yer (36 nəfər) üçün 100 manat
- Münsiflər heyətinin sədrlərinə (12 nəfər) 200 manat məbləğində pul mükafatının ayrılmasını.
5. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
6. Təhsil Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin müvafiq şöbələri qərarın  “Azərbaycan müəllimi”, “Təhsil işçisi” qəzetlərində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını və İnternet səhifələrində yerləşdirilməsini təmin etsinlər.
7. Qərarın icrasına nəzarət Təhsil nazirinin müavini Q.Novruzova və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Ş.Əsgərova həvalə olunsun.  
 

Azərbaycan Respublikasının
təhsil naziri:

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:
Misir Mərdanov Səttar Mehbalıyev