Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkili məqsədilə
 
ƏMR EDİRƏM
 
 1. 2012-ci ilin fevral-aprel aylarında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq   müsabiqəsi keçirilsin.
 2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
 3. Naxçıvan MR Təhsil naziri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirsinlər.
 4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yerlərdə təşkili və keçirilməsinə əməli köməklik göstərsin.
 5. Zona və respublika mərhələlərində iştirak edən məktəblilərin və onların rəhbərlərinin ezamiyyə xərcləri rayon, şəhər təhsil şöbələri, idarələri və digər ezam edən təşkilatlar tərəfindən ödənilsin.
6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına müəyyən olunmuş qaydada həyata keçirilsin.
 7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Respublika Texniki Yaradıcılıq Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.
 8.  Zonalar üzrə müsabiqənin təşkili və keçirilməsinə əməli köməklik göstərilməsi məqsədilə yerlərə ezam olunmuş əməkdaşların ezamiyyə xərcləri müsabiqənin xərclər smetası əsasında ödənilsin.
 9.  Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri “Azərbaycan müəllimi” qəzetində dərc etdirsin və əsasnamə ilə birlikdə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirsin.
11.  Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin. 
Əsas: Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin 2012-ci il üçün iş planı.
 
 
Misir Mərdanov
Azərbaycan Respublikasının təhsil naziri
06 fevral 2012-ci il
№ 160