Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və gömrük işi sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris mərkəzinin bazasında xüsusi təyinatlı ali təhsil müəssisəsi - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini üç ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2012-ci il.
