Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
"Ən çox sevdiyim idman növü" mövzusunda Respublika rəsm müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
2012-ci ilin iyun ayında Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman növlərini məktəblilər arasında təbliğ etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ən çox sevdiyim idman növü" mövzusunda Respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yerlərdə təşkilini təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin və əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnaməni çoxaldıb yerlərə göndərsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2011-ci il
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2011-ci il
“Ən çox sevdiyim idman növü” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin Əsasnaməsi
