Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
ƏMR EDİRƏM:
1. 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.
3. Ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri görülmüş işlər barədə 26 yanvar 2012-ci il tarixinədək nazirliyə hesabat təqdim etsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin və tədbirlər planı ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2011-ci il
Azərbaycan Respublikasının təhsil naziri
23 dekabr 2011-ci il
