Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Kollegiya qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyi kollegiyasının “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın yerinə yetirilməsinin yekunları haqqında“ 03.12.2011-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın yerinə yetirilməsinin yekunları haqqında” məlumat və Nazirliyin kollegiyasının müvafiq qərarı nəzərə alınsın.
2. Həmin kollegiya qərarının 3-cü bəndinə uyğun olaraq hazırlanmış “2012-2013-cü illərdə istedadlı uşaq və gənclərlə iş sahəsində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı”təsdiq edilsin (əlavə olunur).
3. Nazirliyin müvafiq struktur bölmələrinə və tabe təşkilatlarının rəhbərlərinə tapşırılsın ki, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etmək üçün davamlı olaraq sistemli iş aparsınlar.
4. Fəaliyyət Planının yerinə yetirilməsi üzrə icraçı qurumların işinin əlaqələndirilməsi Aparatın rəhbəri İ.Pirməmmədova həvalə olunsun.
5. Ümumi şöbə (X.Fərəcov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerli təhsil orqanlarına və müvafiq tabe təşkilatlara göndərilməsini təmin etsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavəsi ilə “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 dekabr 2011-ci il
Azərbaycan Respublikasının təhsil naziri
22 dekabr 2011-ci il
№ 2154
Əlavə:
