Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Naxçıvan MR təhsil nazirinə, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirlərinə
Bildiririk ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ümumtəhsil məktəblərinin şagirdləri arasında 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü, Vətəndaş və siyasi hüquqlar, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Plakatların 45 illiyi münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin müsabiqəsini keçirir. Müsabiqədə 18 yaşadək uşaqların iştirakı nəzərdə tutulmuşdur.
Müsabiqənin qalibləri 10 dekabr 2011-ci il tarixdə keçiriləcək yekun tədbirdə Ombudsman tərəfindən mükafatlandırılacaqdır.
Tabeliyinizdə olan təhsil müəssisələrinin istedadlı şagirdlərinin həmin rəsm müsabiqəsində iştirakını təmin etməyiniz xahiş olunur.
Qoşma: elan - 1 vərəq.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
Azərbaycan Respublikasının
təhsil naziri
28 noyabr 2011-ci il
№ 46-20-10220/16
28 noyabr 2011-ci il
№ 46-20-10220/16
