Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin "Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsi haqqında" 05 oktyabr 2011-ci il tarixli, 1761 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə
ƏMR EDİRƏM:
1. Abbas Zamanovun 100 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərlərinə Tədbirlər planının icrasının təmin ediməsi və görülmüş işlər haqqında məlumatın 25 dekabr 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) və Ali və orta ixtisas təhsili (İ.Mustafayev) şöbələri əmrdən irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və Tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
5. Əmr və Tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (X. Fərəcov) tapşırılsın.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
21 noyabr 2011-ci il
Azərbaycan Respublikasının təhsil naziri
21 noyabr 2011-ci il
