Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

"Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə  
ƏMR EDİRƏM:
1. Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş konfrans 2011-ci ilin 15 dekabr tarixində Azərbaycan Dillər Universitetində keçirilsin.
2. Konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə tədbiri hesab edilsin.
3. Konfransın yüksək səviyyədə keçirilməsinin təmin edilməsi Azərbaycan Dillər Universitetinin rektoruna (S.Seyidov) tapşırılsın.
4. Əmrdən irəli gələn təşkilati məsələlərin həlli Təhsil Nazirliyinin Elm şöbəsinə   (G.Hüseynova) tapşırılsın.
5. Ali təhsil müəssisələrində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün Mirzə İbrahimov adına təqaüdün təsis edilməsi barədə müvafiq təkliflərin hazırlanması Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) tapşırılsın.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
Misir MƏRDANOV,
Az
ərbaycan Respublikasının təhsil naziri
21 noyabr 2011-ci il