Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Naxçıvan MR təhsil nazirinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, şəhər, rayon təhsil şöbələrinin müdirlərinə
Bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması Azərbaycanda uşaqların inkişafı naminə və uşaq hüquqlarının təmin olunması istiqamətində yeni fəaliyyət istiqamətləri müəyyənləşdirmişdir.
Ölkəmizdə uşaq hüquqlarının təbliği, təmini və müdafiəsini daha da artırmaq məqsədi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 20 oktyabr – 20 noyabr 2011-ci il tarixlərini respublikamızda “Uşaq hüquqları aylığı” keçirilməsini təklif etmişdir.
Qeyd olunanları nəzərə alaraq, tabeliyinizdə olan təhsil müəssisələrində 04-10 noyabr 2010-cu il tarixlərində “Uşaq hüquqları aylığı” ilə bağlı müvafiq tədbirlər həyata keçirmək və görülmüş işlər barədə 15 noyabr 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinə məlumat vermək Sizə tapşırılır.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
27 oktyabr 2011-ci il
№ 46-20-9225/16
Azərbaycan Respublikasının təhsil naziri
27 oktyabr 2011-ci il
№ 46-20-9225/16
