Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fəaliyyətə başlamasının 90 illiyi tamam olur.
Şərqdə ilk ali musiqi təhsili ocağı kimi fəaliyyətə başladığı vaxtdan etibarən Bakı Musiqi Akademiyası ötən müddət ərzində zəngin bir yol keçmiş və milli mədəniyyətimizin çoxəsrlik tarixinə yeni parlaq səhifələr yazmışdır. Ölkəmizdə görkəmli bəstəkarlar və ifaçılar nəslinin yetişdirilməsində onun xüsusi yeri vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə professional milli musiqiçi kadrların hazırlanması və musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində mühüm xidmətləri olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr 2011-ci il.
