Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri üzə çıxarmaq məqsədilə
ƏMR EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa üzrə respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) və Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və əlavələrlə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
24 oktyabr 2011-ci il
№1698
Əlavələr:
