Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 05 may 2009-cu il tarixli, 260 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən müvafiq işlər görülür.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, respublikamızda şahmat idman növünün daha da inkişaf etdirilməsi, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, şahmatın kütləviliyinə nail olunması məqsədilə 2012-ci ildən başlayaraq rayon və şəhərlərdə seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərslərinin tədris olunması nəzərdə tutulur.
Bununla əlaqədar, tabeliyinizdə olan ümumi təhsil məktəblərində işləyən fiziki tərbiyə müəllimləri və şahmat üzrə idman dərəcəsi olan fənn müəllimləri haqqında məlumatları 10 gün müddətinə təqdim edilən cədvəllərə uyğun (elektron versiyası ilə birlikdə) nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinə təqdim edilməsini təmin etmək sizə tapşırılır.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
№ 46-20-9075/16
Azərbaycan Respublikasının təhsil naziri
24 oktyabr 2011-ci il
№ 46-20-9075/16
