Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
 
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin aşağıdakı əməkdaşlarına “Əməkdar Müəllim” fəxri adı verilsin:
 
Babayev Babaxan İşıq oğlu
Babayev Əlican Pirican oğlu
Bayramov Əvəz İslam oğlu
Bədəlov Şakir Şapur oğlu
Bəşirov Rafiq Alim oğlu
Əhmədov Məhiş Alış oğlu
Hacıyeva Maarifə Hüseyn qızı
Həsənov Rasim Tapdıq oğlu
Kərimov Asif Məti oğlu
Qasımov Rüfət Məmməd oğlu
Mahmudov Cəlal Müseyib oğlu
Manafov Qabil Nadir oğlu
Meybullayev Məmmədhəsən Xanlar oğlu
Mikayılov Nuru Ağabala oğlu
Musayev Nazim Cəlil oğlu
Rəhmanov Fərhad Pənah oğlu
Səbzəliyev Sifariz Mirzəxan oğlu
Şahbazov Kamil Ağazaman oğlu
Yusifov Oktay Yusif oğlu

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2011-ci il.