Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №12, maddə 1117) ilə təsdiq edilmiş "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nın "Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə" bölməsinə aşağıdakı redaksiyada 26-cı və 27-ci hissələr əlavə edilsin:
| 26. | Qərb Universiteti | fəlsəfə doktoru üzrə | - |
| 27. | Azərbaycan Dövlət Neft Akademiyasının nəzdindəki "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutu | fəlsəfə doktoru üzrə | elmlər doktoru üzrə |
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri,
7 sentyabr 2011-ci il
№ 143
