Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq olunması haqqında" 07 iyul 2011-ci il tarixli, 1621 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Nazirliyin icraya məsul strukturlarının, yerli təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin rəhbərləri planda nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər və görülmüş işlər barədə hər ilin dekabr ayının 5-dək nazirliyin rəhbərliyinə hesabat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin, bu əmri tədbirlər planı ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.
4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 avqust 2011-ci il
Azərbaycan Respublikasının təhsil naziri
8 avqust 2011-ci il
Əlavə:
