Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 824; 2009, № 11, maddə 886; 2010, № 2, maddələr 78, 80, № 7, maddə 610) ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. “İxtisarlar” bölməsində “AQUPDK” akronimindən sonra “AHİK - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası”, “ARPTK” akronimindən sonra “AS(İ)TMK - Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası” sözləri əlavə edilsin.
1.2. 2 nömrəli Əlavə üzrə:
1.2.1. aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:
| 1-1.Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı | 2011-2013 |
müvafiq dövlət orqanları |
1.2.2. “Enerji təminatı” hissəsindən sonra aşağıdakı məzmunda “İqtisadiyyatın inkişafı” hissəsi əlavə edilsin:
| İqtisadiyyatın inkişafı | ||
| 3-1. Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı | 2010 - 2014 | NN |
| 3-2. Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı |
2010 - 2014
|
MdTN |
| 3-3. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı | 2009 - 2013 | RİTN |
| 3-4. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı | 2008 -2015 | KTN, İİN |
1.2.3. aşağıdakı məzmunda 9-1-ci bənd əlavə edilsin:
| 9-1. Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı |
2009 -2015 |
DSMF |
1.2.4. aşağıdakı məzmunda 17-1-ci bənd əlavə edilsin:
| 17-1. Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı | 2009 -2018 | SN |
1.2.5. aşağıdakı məzmunda 24-1-ci bənd əlavə edilsin:
| 24-1. Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı |
2009 -2013 |
TN |
1.2.6. “Təhsil” hissəsindən sonra aşağıdakı məzmunda “Elm və mədəniyyət” hissəsi əlavə edilsin:
| Elm və mədəniyyət | ||
| 24-2. Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya və Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı |
2009 - 2015
|
AMEA
|
| 24-3. Azərbaycan teatrı Dövlət Proqramı | 2009 - 2019 | MdTN |
| 24-4. Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı | 2009 - 2014 | GİN |
| 24-5. Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı | 2008 -2018 | MdTN |
1.2.7. aşağıdakı məzmunda 36-1-ci və 36-2-ci bəndlər əlavə edilsin:
|
36-1. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektron Azərbaycan) |
2010-2012
|
RİTN |
| 36-2. Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı | 2008 -2013 | MdTN |
1.2.8. aşağıdakı məzmunda 38-ci və 39-cu bəndlər əlavə edilsin:
| 38. Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramı | 2009 -2013 |
ƏN |
|
39. Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafına dair Dövlət Proqramı |
2011 -2020 |
QKDK |
