Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 1 fevral tarixli 56-IVQD nömrəli Qanununa uyğun olaraq
QƏRARA ALIRAM:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №6, maddə 497; 2009-cu il, №6, maddə 419) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”na aşağıdakı məzmunda 14-1-ci bənd əlavə edilsin:
“14-1. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında bu Qaydaların 9-cu bəndində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət orqanları tərəfindən Dövlət Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsi qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyun 2011-ci il.
