Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng ” tədbirinin mütəşəkkil və səmərəli keçirilməsini təmin etmək məqsədilə
ƏMR EDİRƏM :
1. “Son zəng” tədbiri 31 may 2011-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız müəssisənin ərazisində keçirilsin.
2. Ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilsin.
3. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırsınlar, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görsünlər, bu tədbiri məzunların həyatında yaddaqalan əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olsunlar.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
20 may 2011-ci il
№ 868
