Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
“Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №7, maddə 414; 2004-cü il, № 10, maddə 829; 2005-ci il, №3, maddə 209; 2007-ci il, №4, maddə 352) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilsin.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2011-ci il mayın 1-dən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 27 aprel 2011-ci il.
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 27 aprel 2011-ci il.
