Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
“Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının Əsasnaməsi” nin təsdiqi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 9.21-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məlumat-informasiya məcmuəsində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
3. Ümumi şöbə (H. Məhərrəmova) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
8 aprel 2011-ci il
№ 553
