Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri

Elmin müxtəlif sahələrində əldə olunmuş nəticələri müzakirə etmək habelə doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1. 2011-cu ilin dekabr ayında Doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı keçirilsin.
2. Baza ali təhsil müəssisəsi Azərbaycan Müəllimlər İnstitutu müəyyənləşdirilsin.
3. Konfransın Təşkilat komitəsi  ya­radılsın (əlavə 1) və bölmələrə rəhbərlik edəcək alimlərin siyahısı təsdiq olunsun (əlavə 2).
4. Ali məktəb rektorları:
4.1. Doktorantların və gənc tədqiqatçıların məruzə tezislərini  15 oktyabr 2011-ci ilədək Təhsil Nazirliyinin  Elm şöbəsinə təqdim etsinlər.
5. Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
5.1. 10 noyabr 2011-ci il tarixədək konfransın proqramını hazırlasın.
5.2. Konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.
6. Konfransın proqramının və məruzə tezislərinin nəşri Azərbaycan Müəllimlər İnstitutunun rektoruna (A.Naxçıvanlı) tapşırılsın.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azər­baycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məlumat-in­formasiya məcmuəsində dərc olunmasını və Nazirliyin inter­net saytında yerləşdirilməsini təmin etsin.
8. Əmrin çoxaldılıb yerlərə çatdırılması Ümumi şöbəyə tapşırılsın.
9. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya hə­valə edilsin.
ƏSAS: Elm şöbəsinin iş planı.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
8 aprel 2011-ci il
№ 552

Əlavə: