Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Respublika rəsm müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında” Təhsil Nazirliyinin
10 fevral 2011-ci il tarixli, 247 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planının
5-ci bəndinin icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM
1. Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş rəsm müsabiqəsinin əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil şöbələrinin, idarələrinin müdirləri, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yerlərdə təşkilini təmin etsinlər.
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin qaliblərinin mükafatlandırılması üçün 752 (yeddi yüz əlli iki) manat məbləğində vəsait ayrılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri Azərbaycan müəllimi qəzetində dərc etdirsin.
6. Ümumi şöbə (H.Məmmədova) əmr və əsasnamənin çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
14 aprel 2011-ci il
№ 568
Əlavə:
