Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhərindəki 26 nömrəli Uşaq Musiqi Məktəbinə Müslüm Maqomayevin adının verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 avqust tarixli 439 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Bakı şəhərindəki 26 nömrəli Uşaq Musiqi Məktəbinə görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin adı verilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
5 aprel 2011-ci il
№ 51
