Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
A.Q.Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2011-ci ilin may ayında görkəmli neftçi-geoloq, SSRİ Dövlət mükafatı laureatı, professor Ağaqurban Qurban oğlu Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş A.Q.Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş A.Q.Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə
QƏRARA ALIRAM:
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində A.Q.Əliyevin büstünün qoyulmasını təmin etsin.
Bakı Şəhər İcra Hakimiyyəti A.Q.Əliyevin yaşadığı binaya xatirə lövhəsi vurulmasını təmin etsin.
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə A.Q.Əliyevin fəaliyyətinə həsr olunmuş konfrans keçirsinlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2011-ci il.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2011-ci il.
