Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
"Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 1, maddə 29, № 4, maddə 287) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1.1. adında və 1-ci bəndində "bakalavr pilləsi" sözləri "bakalavriat səviyyəsi" sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.2.1. adında "bakalavr pilləsi" sözləri "bakalavriat səviyyəsi" sözləri ilə əvəz edilsin;
1.2.2. "2. Humanitar və sosial ixtisaslar qrupu" bölməsində "Filologiya" sözündən sonra "(dil və ədəbiyyat göstərilməklə)" sözləri əlavə edilsin;
1.2.3. "8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsində:
1.2.3.1. "139. 050802 Pediatriya" və "145. 050808 Tibbi biologiya" rəqəmləri və sözləri çıxarılsın, "140-144" və "146-150" rəqəmləri müvafiq olaraq "139-143" və "144-148" rəqəmləri hesab edilsin;
1.2.3.2. "Müalicə işi", "Hərbi həkim işi", "Tibbi profilaktika", "Stomatologiya" sözlərindən sonra "*" işarəsi və cədvəldən sonra "* Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır." cümləsi əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə
Bakı şəhəri,
2 mart 2011-ci il.
№ 36
