Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
N.K.Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2011-ci ilin mart ayında tanınmış ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Nikolay Konstantinoviç Baybakovun 100 illiyi tamam olur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfələr vermiş Nikolay Konstantinoviç Baybakovun xatirəsini əbədiləşdirmək məqsədi ilə
QƏRARA ALIRAM:
Bakı Şəhər İcra Hakimiyyəti şəhərin küçələrindən birinə Nikolay Konstantinoviç Baybakovun adının verilməsini, Sabunçu rayonundakı 67 nömrəli məktəbin qarşısında onun büstünün qoyulmasını və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsinin inzibati binasına xatirə lövhəsinin vurulmasını təmin etsin.
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə Nikolay Konstantinoviç Baybakovun fəaliyyətinə həsr olunmuş konfrans keçirsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2011-ci il.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2011-ci il.
