Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Xocalı soyqırımının on doqquzuncu ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Xocalı soyqırımının on doqquzuncu ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə
ƏMR EDİRƏM
1. Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil idarələrinin, şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər və görülmüş işlər haqqında 5 gün müddətində nazirliyə məlumat versinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4. Ümumi şöbə (H.Məmmədova) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 11 nömrəli, 1 fevral 2011-ci il tarixli Sərəncamı.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 fevral 2011-ci il.
№ 248
Azərbaycan Respublikasının təhsil naziri
10 fevral 2011-ci il.
№ 248
Əlavə
