• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarının elan olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının
müəyyən edilməsi haqqında
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarını elan edirəm:
 
«AZƏRBAYCAN RESPUBLİKASININ
 
NAZİRLƏR KABİNETİ
 
QƏRAR
 
№ 215
 
Bakı şəhəri, 24 noyabr 2010-cu il
 
Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının
müəyyən edilməsi haqqında
 
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.24-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi müəyyən edilsin:
məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı - 30 saat;
bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır);
ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat;
ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan az olmamaqla (bu zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az olmamalıdır).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə”
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar
 
ƏMR EDIRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.       
2. Tabeliyindən asılı olmayaraq bütün dövlət ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri professor-müəllim heyətinin dərs yükünün Nazirlər Kabinetinin qərarına uyğun müəyyənləşdirilməsini təmin etsinlər.
3. Bütün tipdən olan ümumi təhsil məktəblərində, gimnaziya və liseylərdə, ilk-peşə ixtisas təhsili müəssisələrində, idman və incəsənət məktəblərində, məktəbdənkənar təhsil müəssisələrində iki stavkadan artıq dərs yükü olan müəllimlərin və dərnək rəhbərlərinin  bu qərarla müəyyən olunmuş normadan (həftəlik 2 stavkadan) artıq dərs saatları üzrə əməkhaqqı cari tədris ilində mövcud qaydalara uyğun olaraq əvəzçilik və ya saathesabı qaydasında ödənilsin.
4. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Nazirliyin tabeliyində olan və mərəkəzləşmiş xərclərdən maliyyələşən bütün tipdən olan ümumi təhsil məktəblərinin, gimnaziya və liseylərin, ilk-peşə ixtisas təhsili müəssisələrinin, idman və incəsənət məktəblərinin, məktəbdənkənar təhsil müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin  və digər aidiyyəti təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
4.1. Nazirlər Kabinetinin qərarına əsasən tarifləşmə cədvəllərinin yenidən hazırlanıb təsdiq edilməsini təmin etsinlər.
4.2. Həftəlik dərs yükü 2 stavkadan artıq olan müəllimlərin, məşqçi müəllimlərin və dərnək rəhbərlərinin  bu qərarla müəyyən olunmuş normadan (həftəlik 2 stavkadan) artıq tədris etdikləri dərs saatlarının mövcud imkanlar daxilində 2 stavkanı aşmamaq şərti ilə cari dərs ilinin sonuna qədər müvafiq qaydada digər fənn müəllimləri və ya profil üzrə dərnək rəhbərləri, məşqçi müəllimlər  arasında bölüşdürülməsi ilə bağlı  zəruri tədbirlər görsünlər.
4.3. Təhsil müəssisələrinin ixtisaslı müəllim kadrları ilə təmin edilməsi üçün lazımi tədbirlərin görülməsini təmin etsinlər.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev):
5.1. Nazirliyin aidiyyəti struktur bölmələri ilə birlikdə 10 gün müddətində bu qərarın yerlərdə tətbiqi ilə bağlı təlimati məktubun layihəsinin hazırlanmasını və razılaşdırılmaq üçün Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.  
5.2. Tabelikdə olan və mərkəzləşmiş xərclərdən maliyyələşən bütün təlim-tərbiyə müəssisələrində çalışan pedaqoji işçilərin əməkhaqlarının  bu qərarla müəyyən olunmuş dərs yükü normalarına uyğun ödənilməsini təmin etsin və bununla bağlı müvafiq tədbirlər görsün.
6. Ümumi şöbə əmrin çoxaldılaraq təhsil idarələrinə (şöbələrinə) və təlim- tərbiyə  müəssisələrinə çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
1 fevral 2011-ci il