Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasi-zadə.
Bakı şəhəri, 13 yanvar 2011-ci il.
№ 6
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 13 yanvar tarixli
6 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşən bəzi qərarlarının siyahısı
1. Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 mart tarixli 109 nömrəli qərarı.
2. "Tədris müəssisələrinin məzunlarına verilən təhsil sənədlərinin nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli 136 nömrəli qərarı.
3. "Bakalavr" hazırlığı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 217 nömrəli qərarı.
4. "Ali təhsilin bakalavr pilləsi üçün təhsil sənədlərinin nümunələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 yanvar tarixli 1 nömrəli qərarı.
5. "Magistr hazırlığı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 13 fevral tarixli 15 nömrəli qərarı.
6. "Magistr diplomu və ona əlavənin nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №1, maddə 52).
7. "Magistr hazırlığı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 13 fevral tarixli 15 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 3 mart tarixli 48 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 304).
