Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq, turizm və xidmət sahələri üçün ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı peşə məktəbi ləğv edilsin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı Peşə Tədris Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Peşə məktəbi və peşə liseyi statusu verilən təhsil müəssisələrinin Siyahısı"nın "Peşə məktəbləri" bölməsinin "Respublikanın rayonları üzrə" hissəsindən "İsmayıllı peşə məktəbi 138" sözləri və rəqəmi çıxarılsın.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə.
Bakı şəhəri, 17 dekabr 2010-cu il.
№ 239.
