Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
"Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2010-cu il tarixli, 1181 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının 30 noyabr 2010-cu il tarixli, 1558 nömrəli qərarı ilə təsdiq edilmiş birgə Tədbirlər planını nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərlərinə Tədbirlər planının icrasının təmin edilməsi və görülmüş işlər haqqında məlumatın 30 dekabr 2010-cu il tarixədək Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (H.Məhərrəmova) tapşırılsın.
5. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 dekabr 2010-cu il
Azərbaycan Respublikasının təhsil naziri
7 dekabr 2010-cu il
