Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"na əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №11, maddə 1040; 2010-cu il, № 2, maddə 157, № 3, maddə 264) ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarına" 2 nömrəli əlavə - "Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanmış Müqavilə"yə aşağıdakı məzmunda 2.3.12-ci bənd əlavə edilsin:
"2.3.12. Azərbaycan Respublikasının təhsil aldığı xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və Azərbaycan diasporunun təşkil etdikləri Azərbaycanın dövlət maraqlarının müdafiəsi ilə bağlı və digər ictimai-mədəni tədbirlərdə iştirak etmək.".
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasi-zadə.
Bakı şəhəri, 19 oktyabr 2010-cu il.
№ 180.
