Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2010-cu ilin dekabr ayında görkəmli Azərbaycan alimi, geologiya-mineralogiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycanda neft geologiyası elminin inkişafı sahəsində mühüm xidmətlərini və zəngin pedaqoji fəaliyyətini nəzərə alaraq, Şəfaət Mehdiyevin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 8 noyabr 2010-cu il.
