Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq
QƏRARA ALIRAM:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Əlizadə Fuad Telman oğlu - Sumqayıt Musiqi Kollecinin tələbəsi
Həsənov Kamil Sənan oğlu - Bakı şəhər Rauf Hacıyev adına 15 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Hüseynova Nərgiz Ələkbər qızı - Bakı şəhər Qara Qarayev adına 8 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Mayılov Kənan Eldəniz oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Nəcəfzadə Minirə İlham qızı - Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi
Ömərli Kamran İmran oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Yunusov İsmayıl Səbuhi oğlu - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 17 sentyabr 2010-cu il.
