Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
İşçi qrupunun yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan haqqında nə bilirəm" mövzusunda müsabiqə keçirmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ölkəmiz haqqında, onun təhsili, mədəniyyəti haqqında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək üçün həmin uşaqlar arasında inşa, şeir, rəsm və rəqs nominasiyaları üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:
| Elmar Qasımov | Azərbaycan Respublikası təhsil nazirinin müavini, sədr; | |
| Ağababa İbrahimov | Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri, üzv; | |
| Qulu Novruzov | Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, üzv; | |
| Tünzalə Aydəmirova | Xarici İşlər Nazirliyinin İnsan hüquqları, demokratikləşdirmə və humanitar problemlər idarəsinin II katibi, üzv; | |
| Vaqif Babayev | Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsi Təhsil sektorunun müdiri, üzv; | |
| Zöhrə Əsgərova | Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin baş məsləhətçisi, üzv; | |
| Nurlana Qaraxanova | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi, üzv. |
2. İşçi qrupu müsabiqənin keçirilməsi ilə bağlı Əsasnaməni 10 gün müddətində hazırlayıb təsdiqə təqdim etsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini təmin etsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 sentyabr 2010cu il
Azərbaycan Respublikasının təhsil naziri
8 sentyabr 2010cu il
