Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı ilə təsdiq olunmuş Məktəbəqədər təhsilin dövlət standartı və proqramı“nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 iyul 2010-cu il
№ 137
Qərarın icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:
- Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”ndan irəli gələn tələblərin həyata keçirilməsini təmin etsinlər.
3. Ümumi şöbə (A.Nəbiyev) əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
5.Əmrə nəzarəti öz üzərimə götürürəm.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
05 avqust 2010-cu il
№ 1100
