Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri
«Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.17-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. «Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri.
Bakı şəhəri, 25 iyun 2010-cu il.
№ 119
Qərarının icrası ilə bağlı
ƏMR EDİRƏM
1. Təhsil Nazirliyinin aidiyyəti şöbələri, təhsili müəssisələrinin rəhbərləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı» haqqında qərarı icra və rəhbərlik üçün əsas tutsunlar.
2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində, nazirliyin «Təhsil xəbərləri» məcmuəsində dərc olunmasını və nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Təhsil Nazirliyinin Ümumi şöbəsi (A.Nəbiyev) əmrin çoxaldılmasını və nazirliyin aidiyyəti şöbələrinə, ali təhsil müəssisələrinə, Bakı şəhəri üzrə təhsil idarəsinə, şəhər və rayon təhsil şöbələrinə, Təhsil Nazirliyinin tabeliyində olan məktəblər, litsey və gimnaziyalara çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 119 saylı qərarı
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
09 iyul 2010-cu il
№ 1084
