Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
1. 2010-2011-ci dərs ili üçün Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan ümumtəhsil məktəblərinin, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin IV-XI, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin IV siniflərinin tədris planları (əlavə 1-7) və tədris planlarına dair qeydlər (əlavə 8) təsdiq edilsin.
2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində və nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 iyun 2010-cu il
Azərbaycan Respublikasının təhsil naziri
12 iyun 2010-cu il
