Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli, 923 nömrəli əmri ilə təsdiq edilmiş fənn kurikulumlarının və tədris planlarının tətbiqi ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının təlim Azərbaycan, rus, gürcü dillərində olan və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-III siniflərinin 2010-2011-ci dərs ili üçün tədris planları və tədris planlarına dair qeydlər təsdiq edilsin (1-6 nömrəli əlavələr).
2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 iyun 2010-cu il
Azərbaycan Respublikasının təhsil naziri
12 iyun 2010-cu il
