2025/2026-cı il tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulunun aparılması barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
1. 2025/2026-cı tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu (ərizələrin onlayn qeydiyyatı) elektron sistem vasitəsilə həyata keçirilsin.
2. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu 2025-ci ilin 13 may tarixindən 3 həftə müddətinə aparılsın.
3. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (Vüsal Xanlarov) tapşırılsın ki:
3.1. sənəd qəbulunun elektron formada aparılması üçün sistemin sazlanma prosesini həyata keçirsin;
3.2. fəlsəfə doktoru proqramı üzrə doktoranturada kadr hazırlığı aparan müəssisələrin sistemdən istifadəsini təmin etmək məqsədilə təlimlər təşkil etsin.
4. Elm, Ali və Peşə Təhsili Şöbəsi (Turxan Süleyman) elektron sənəd qəbulu prosesində qanunvericilik baxımından yarana biləcək sualların cavablandırılmasını təmin etsin.
5. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (Ülkər Səttarova) cari ildə müvafiq səviyyə üzrə qəbul həyata keçirəcək müəssisələrin, ixtisasların və onların təhsilalma və ödəniş formalarının “Ali və Orta İxtisas Təhsili Alt Sisteminə (AOİTAS)” daxil edilməsini təmin etsin.
6. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin elm və ali təhsil müəssisələrinə, o cümlədən nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
7. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 2 may tarixli 275 s nömrəli Sərəncamı.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
13 may 2025-ci il
3-29/3-2-276F/2025