Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifləri əsasında
QƏRARA ALIRAM:
2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə
Geologiya-mineralogiya elmləri doktoru Adil Abas Əli oğlu Əliyevə,
geologiya-mineralogiya elmləri doktoru Elmira Hacı Murad qızı Əliyevaya,
geologiya-mineralogiya elmləri doktoru Fərid Həsən oğlu Dadaşova,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əkpər Əkpər oğlu Feyzullayevə,
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki İbrahim Səid oğlu Quliyevə – “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” elmi nəşrlər silsiləsinə görə.
Mədəniyyət sahəsi üzrə
Xalq Artisti Alim Həmzə oğlu Qasımova – ifaçılıq fəaliyyətinə görə.
Ədəbiyyat sahəsi üzrə
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Bəkir Əhməd oğlu Nəbiyevə,
filologiya elmləri doktoru Məhərrəm Paşa oğlu Qasımlıya,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Teymur Həşim oğlu Kərimova,
filologiya elmləri doktoru Vilayət Muxtar oğlu Quliyevə,
filologiya elmləri üzrə fəlsəfə doktoru Nikpur Mirhüseyn oğlu Cabbarlıya,
filologiya elmləri doktoru Nizaməddin Şəmsəddin oğlu Şəmsizadəyə –“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 26 may 2010-cu il.
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 26 may 2010-cu il.
