Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1115 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 431s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyası
qərara alır:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nın 1.3-cü bəndində “(yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla)” sözləri “(məktəbdaxili qiymətləndirmənin)” sözləri ilə, “qiymətləndirilməsinin (attestasiyasının)” sözləri “attestasiyasının” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Hüquq şöbəsinə (R.Hüseynov) tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsinə (S.Hacıyeva) tapşırılsın ki, bu qərarın peşə təhsili müəssisələrinə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Kollegiyanın sədri,
Nazir
16 sentyabr 2020-ci il
KQ-06