Əmrdə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri
2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
əmr edİrəm
1. 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə Təhsil Nazirliyinin 15 iyul 2020-ci il tarixli F-347 nömrəli əmrinin 9-cu bəndində aşağıdakı məzmunda dəyişiklik edilsin:
1.1. 9.2-ci bəndi müvafiq olaraq 9.3-cü bəndi hesab edilsin;
1.2. “9.2. müsabiqənin nəticələri ilə bağlı daxil olmuş apelyasiya müraciətlərinin toplanılmasını, araşdırılmasını və müvafiq qaydada cavablandırılmasını təmin etsin.”.
2. Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (S.Hacıyeva) bu əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət Aparat rəhbəri M.Məmmədova həvalə edilsin.
Əsas: Aparat rəhbəri M.Məmmədovun xidməti məlumatı.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
24 avqust 2020-ci il
F-385