• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Əmrdə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

 

əmr edİrəm

 

1.  2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə Təhsil Nazirliyinin 15 iyul 2020-ci il tarixli F-347 nömrəli əmri ilə təsdiq edilmiş “2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun keçirilməsi ilə əlaqədar Apelyasiya komissiyasının tərkibi” yeni  redaksiyada təsdiq edilsin.

2. Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (S.Hacıyeva) bu əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.   

3. Əmrin icrasına nəzarət Aparat rəhbəri M.Məmmədova həvalə edilsin.

    

Əsas: Aparat rəhbəri  M.Məmmədovun xidməti məlumatı.

 

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

24 avqust 2020-ci il

F-384

 

2020-2021-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu  müsabiqəsi üzrə apelyasiya komissiyasının tərkibi