• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Əmrdə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə” Təhsil Nazirliyinin 15 iyul 2020-ci il tarixli F-347 nömrəli əmrində dəyişiklik edilərək 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkili və keçirilməsi təmin edilsin (təlimat əlavə olunur)”.

2. Vətəndaşların müraciətləri ilə iş və kommunikasiya şöbəsi (S.Hacıyeva) bu əmrin Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.    

Əsas: Nazir müavini M.Vəliyevanın xidməti məlumatı.

 

Emin Əmrullayev,

Azərbaycan Respublikasının Təhsil naziri

29 iyul 2020-ci il

F-352

 

Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlər üçün Təlimat