Apellyasiya Şurasının yeni tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 4.1-ci bəndini və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
əmr edİrəm:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilsin:
Apellyasiya Şurasının sədri:
Firudin Qurbanov – Azərbaycan Respublikası Təhsil nazirinin müavini;
Apellyasiya Şurasının üzvləri:
Muxtar Məmmədov – Aparat rəhbəri;
Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;
Anar Cəfərov – Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;
Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri;
Amil Əlili – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;
Bəhruz Müslümov – Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 iyul 2018-ci il tarixli F-481 nömrəli əmrinin 2-ci bəndi ləğv edilsin.
3. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin nazirliyin internet saytında yerləşdirilməsini və aidiyyəti struktur bölmələrə göndərilməsini təmin etsin.
Əsas: Nazir müavini Firudin Qurbanovun 07.12.2019-cu il tarixli 1-03-8647 nömrəli xidməti məlumatı
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının Təhsil naziri
29 dekabr 2019-cu il
F-772