Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2010-cu ilin noyabr ayında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaradılmasının 80 illiyi tamam olur.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyətə başladığı vaxtdan etibarən ölkəmizin idman həyatına layiqli töhfələr vermişdir. Akademiyanın yetirmələri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.
Respublikamızda bədən tərbiyəsi və idman sahəsinin inkişaf etdirilməsi üçün kadrların hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Milli Olimpiya Komitəsinin təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2010-cu il.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2010-cu il.
